Açıq karate birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublika Stadionunda uşaq, yeniyetmə və gənclər arasında “Qapıcıq Open-2024” adı ilə karate (kata) üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə təşkil olunan yarış gənc nəslin zərərli vərdişlərdən uzaqlaşdırılması və karate idman növünə marağın artırılmasından ibarət olub.
8 yaş qrupunda 40 idmançının iştirak etdiyi birincilikdə Saleh Qənbərov(8-9 yaş), Fuad Seyidzadə(10-11 yaş), Rafiq Hüseynli (12-13 yaş), Həsən Səfərli (14-15 yaş), Yaqub Qənbərov (16-17 yaş) oğlanlar arasında, Xədicə Bayramova (10-11 yaş), Püstə Məmmədli (12-13 yaş) və Nərgiz Həsənli (14-15 yaş) qızlar arasında qalib olublar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər və İdman İdarəsi və “Qapıcıq” Karate-do İdman Klubunun təşkil etdiyi birinciliyin sonunda ilk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıb.
 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti